Yanğın Siqnalizasiya Sistemləri
Yanğın siqnalizasiya sistemləri istənilən növ tikili, bina və müəssisəlerde meydana gələ biləcək yanğınları ilkin mərhələdə müəyyən etmək, binada yaşayanları bu vəziyyətdən xəbədar etmək, lazım olan təhlükəsizlik idarələrinə və yanğınsöndürənə xəbər vermək məqsədi ilə qurulan həm can, həm də əmlakı qoruyan sistemlərdir. Bütün təhlükəsizlik sistemləri əhəmiyyətli olmasına baxmayaraq yanğının bir binaya və yaşayanlara verə biləcəyi zərərlər düşünüldüyündə yanğını aşkarlamanın lazım olması daha dəqiq anlaşıla bilər.
Yanğın siqnalizasiya sistemləri qüvvədə olan yanğından qoruma təlimatlarına və müvafiq standartlara uyğun olaraq layihələndirilir. Binalarda fərqli ehtiyaclarta cavab verə biləcək çox fərqli tənzimləmələr icra edilə bilir. Müasir dövrümüzdəki texnoloji strukturlaşmada hündür mərtəbəli binalar, fabrikler, ofislər, xəstəxanalar və insanların sıx şəkildə yaşadıqları və işlədikləri binalarda yanğın siqnalizasiya sistemləri ilə digər təhlükəsizlik və nəzarət sistemləri arasında inteqrasiya ehtiyacı və səviyyəsi hər gün artmaqdadır.
