Mammad Araz str. 25E, AZ1106, Baku +994 50 209 67 33 [email protected]



Video Müşahidə Sistemləri

Kameralar və bunlar ilə əlaqədar olan qeydiyyat/nəzarət cihazlarından müxtəlif məqsədlər üçün monitorinqin tələb olunduğu yerlərdə geniş formada istifadə olunur. Video sistemlərin ən vacib məqsədi inkişaf edən hadisələri izləmək və ya həyəcan siqnalları vasitəsi ilə dərhal aşkar və müdaxilə etməklə birlikdə, edilən qeydləri izləmək daha sonra hadisələrdən xəbərdar olmaq və dəlillər əldə etmək de mümkündür.

Geniş şəkildə istifadə edilən adı ilə Qapalı Dövrə Televiziya (closed-circuit television/ CCTV) sistemlərinə kompüter və şəbəkə texnologiyasının tətbiqi ilə xüsusi kabel və idarəetmə avadanlıqlarından istifadə etmek zəruriliyi itmis və açıq bir platformaya çevrilmişdir. Video sistemlərinin digər təhlükəsizlik, giriş nəzarəti və bina nəzarət sistemləri ilə inteqrasiyası asanlaşmış hətta tələb edilən vəziyyətə gəlmişdir.

Kameralar sadəcə videonun izlənilməsi və qeyd edilməsi ilə məhdudlaşmayaraq, bir neçə proqram təminatı və cihaz əlavə edilməsi ilə operator müdaxiləsinə ehtiyac olmadan təhlükə siqnalları yarada bilir, fərqli cism və əşyaları müəyyən edə bilər. Təhlükəsizlik və qeyri-təhlükəsizlik məqsədləri üçün müxtəlif sektorlarda kameraların istifadəsi geniş yayılmışdır.

Loading…