Mammad Araz str. 25E, AZ1106, Baku +994 50 209 67 33 info@secanet.az



Təcili Anons Və Səsləndirmə

Məktəb, otel, alış veriş mərkəzləri, super marketlər, sosial müəssisələr, fabrikler və ofis kimi insanların sıx olaraq yaşadıqları sahələr üçün ictimaiyyətin təhlükəsizliyi cəhətdən ideal həll yollarını üstün tutmaq böyük əhəmiyyət daşıyır. Təcili anons və səsləndirmə sistemləri sayəsində bu cür sahələrdə boşaltma, mesaj və arxa plan musiqisi ehtiyacları təmin edilir.

Təcili anons və səsləndirmə sistemləri musiqi və anons olmaq üzrə iki kanal üzərindən işləyir. Anons edilmədiyi təqdirdə musiqi verilməsi davam edir. Anons edilmək istənildiyi təqdirdə çağrı stansiyası üzərindən anons ediləcək olan ərazi seçilir, danışıqlar və anons bitənə qədər əsas düymə sıxılı vəziyyətdə saxlanılır.

İstənilən memari dizayna uyğun  geniş sesucaldan secimi, anons və səsləndirmə sistemi  ehtiyaca uyğun olaraq zonalara ayrılaraq layihələndirilə bilir. Fərqli zonalara fərqli musiqi yayımı icra edilir və təcili hallarda sistem avtomatik olaraq təcili anons vəziyyətinə keçərək səsli mesajların yayımlanmasını təmin edir. Bununla yanaşı qurulan sistemlər yanğının aşkarlanması kimi digər təhlükəsizlik həll yolları ilə inteqrasiya edilərək bu cihazlardan gələn xəbərdarlıqlar ilə aktivləşir.

Loading…