Mammad Araz str. 25E, AZ1106, Baku +994 50 209 67 33 info@secanet.az



Strukturlaşdırılmış Kabel Sistemləri

Şəbəkə sistemi üzərində kritik iş tətbiqemtələri ən uzun müddət istifadə ediləcək şəkildə strukturlaşdırılmış kabel  sistemləri ilə dizayn və layihələri həyata keçirilir. Binanın bütün nəzarət və xəbərləşmə siqnallarının analoq və rəqəmsal olaraq çatdırılması üçün həyata keçirilən bütün kabelləşmə prosedurları, aktiv və passiv cihazları, strukturlaşdırılmış kabel sistemlərini təşkil edir. Binanın daxilində enerji, data, səs, təhlükəsizlik sistemləri siqnallarının düzgün formada çatdırılmasını təmin etmək üzrə həyata keçirilən  və bu sistemləri tək bir merkezde toplayaraq idarə edə bilməyə və lazım olarsa genişləndirməyə imkan verən  bir infrastruktur işi strukturlaşdırılmış kabellesme prosedurudur. Strukturlaşdırılmış kabellesme prosedurlarında əhəmiyyətli nüans ən düzgün layihələndirmənin həyata keçirilməsi və düzgün avadanlıqların istifadə edilməsidir. Düzgün qurulan bir infrastruktur ilə idarələrin bu sahədəki ehtiyacları bir müddət təmin edilə bilər.

Fiber optik kabelləşdirmə

Binanın içərisində və çölündə yerləşən Sinqlemod və Multimod tipli uzun məsafələrə 1 Gbit və 10 Gbit ethernet strukturunda geniş bir şəbəkə yaratmağa yarayan kabelləşdirmə infrastrukturudur. Secanet MMC fiber optik kabel infrastruktur layihələri açar təhvil əsasında həyata keçirilir. Fiber Optik Kabel infrastruktur ehtiyaclarınızı üçün  yerində tədqiq etmə, layihələndirmə, kabellərin çəkilməsi, fiber optik fuziyon sonlandırma (fiber optic fusion splice termination), fiber optik dB test, fiber optik OTDR test, fiber optik dB test hesabatı – sənədləşdirmə, fiber optik OTDR test hesabatı – sənədləşdirmə və fiber optik aktivləşdirmə xidmətlərimiz mövcuddur.

Mis kabel ilə kabelləşdirmə

Məlumat ötürülməsində istifadə olunan məsafəyə görə dəyişən struktur kabeldir.

Müasir dövrümüzdə şəbəkə infrastrukturları təşkilatlar üçün birinci dərəcəli investisiyalar arasındadır. Belə ki, bütün şirkət xəbərləşməsi və təşkilati uğurlar yalnız problemsiz bir yerli sahənin şəbəkə infrastrukturu ilə icra edilə bilən vəziyyətə gəlmişdir. Professional IT menecerləri şəbəkə infrastrukturlarını yaradarkən, istifadə edəcəkləri həll yollarının ölçülə bilən, elastik, təhlükəsiz və yüksək performanslı olmasını uzun müddət problemsiz işləməsinə çalışmışlardır.

Secanet MMC olaraq 25 il zəmanətli komplekt sistemləri, öz professional komandamız və partnyoru olduğumuz dünya lideri infrastruktur kabelləşdirmə istehsalçıları ilə təmin edirik.

Loading…