Mammad Araz str. 25E, AZ1106, Baku +994 50 209 67 33 [email protected]



Şəbəkə həlleri

Şəbəkə

Şəbəkə birdən artıq kompüterlərin bir – birilərinə bağlanması yolu ilə yaradılır. Bir şəbəkənin daxilində kompüterdən başqa fərqli vasitələr də mövcuddur. Yaradılan bu şəbəkələr gündəlik həyatda bir çox işi asanlaşdırır, pul və vaxta qənaət edir. Məlumatların daha asan yayılması, müəyyən proqram təminatları və cihazların birgə istifadə edilməsi və qurulmus olan sistemlərin mərkəzi şəkildə daha asanlıqla idarə edilə bilməsi bunlara nümunə hesab edilir. Idareetme və dəstək xidmətləri verilməsi asanlaşdırılmış olduğundan şəbəkə idarecisi tək bir kompüterdən bütün şəbəkəni izləyə bilər və problemləri həll edə bilər.

LAN / WAN həlli yolları

Secanet IT sektorundakı tecrubeleri ilə müştərilərinə LAN/ WAN konfiqurasiyası və idareedilmesi haqqında professional xidmət göstərir. Şəbəkə mühitinin üstünlüklərini nəzərə alaraq müştərilərinə optimal fayda verəcək xidmətlər təqdim etməyi hədəfləyən sirketimiz, bu günə qədər həyata keçirdiyi layihələrlə bir daha mövzuya həssaslığını sübut etdi. Şirkətimiz tərəfindən həyata keçirilən layihələrdə quraşdırma xidməti ətraflı təhlil və planlaşdırma nəticəsində hazırlanır və müştərilərə tam xidmət göstərilir.

Səs və data inteqrasiyası

Rabitə şəbəkələri üzərindən xəbərləşmədə müasir dövrümüzdə IP protokolu standart vəziyyətə gəlmişdir. Coğrafi olaraq dağılmış ofisləri olan idarələr, ofisləri ilə əlaqə saxlamaq məqsədi ilə rabitə şəbəkələrini yaradır. Ofislərarası telefon danışıqlarının geniş rabitə şəbəkəsi üzərində IP protokolundan istifadə edilərək təmin edilməsi, idarələrin telefon xərclərində ciddi azaltma yaradır. Secanet profesional komandası ilə müştərilərinin məlumat ötürmə şəbəkələri (data transmission network) və səs inteqrasiyasını uğurla icra edir.

Kabelsiz kommunikasiya şəbəkəsi

Müasir dövrümüzdə kommunikasiya şəbəkə texnologiyalarının vacibliyi deyil, təmin etdiyi üstünlüklərdən necə istifadə ediləcəyi əhəmiyyət qazanmışdır. Bunlara xərclərə qənaət (cost advantage), işin davamlılığı, məlumatlara hər an və hər yerdən sürətli şəkildə giriş imkanı daxildir. Sirketlerin öz sektorlarında rəqabət göstərmələri üçün kommunikasiya şəbəkələri, müasir dövrümüzdə xərclərə qənaəti təmin edəcək şəkildə sirketler üçün layihələndirilmiş vəziyyətə gəlmişdir. Secanet ailəsi olaraq şəbəkə layihələrimiz ilə birlikdə sizlərə kabelsiz giriş nöqtələrinin müəyyən edilməsi, test edilməsi, simulasiyaların hazırlanması və bu işlərdən sonra problemsiz işləyən sistemlərin qurulması ilə əlaqədar xidmət göstəririk.

Loading…